"Çelsi" 21 yaşlı müdafiəçi üçün 60 milyon avro ödəməyə hazırdı

"Çelsi" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Leypziq"də çıxış edən Kastelyo Lukebanı transfer etmək istəyir. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

Fransalı mərkəz müdafiəçisinin sərbəstqalma məbləği 60 milyon avrodur. "Çelsi" 21 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Leypziq" Kastelyo Lukebanı mövsümün əvvəlində "Lion"dan transfer edib. Fransa U-21 millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol vurub. Onun Almaniya klubu ilə sözləşməsi 2028-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right