Premyer Liqa klubunun futbolçuları saxlanıldılar

İngiltərə Premyer Liqa klublarından birini təmsil edən 19 yaşlı iki futbolçu təcavüzdə şübhəli bilinərək həbs edilib.

Newsport.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Adı açıqlanmayan bu futbolçulardan biri məhz stadionda saxlanılıb. Bundan sonra o, gecəni nəzarət kamerasında keçirib və daha sonra müstəntiqlər tərəfindən dindirilib. İkinci şübhəli isə ertəsi gün saxlanılaraq dindirilib. Onlar təcavüzdə şübhəli bilinirlər.

Hadisənin ötən cümə günü baş verdiyi vurğulanır. Cinayətin qurbanı hadisədən bir neçə saat sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda hər iki şübhəli zaminə buraxılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right