"Aston Villa" baş məşqçisi Unai Emeri ilə yeni müqavilə imzalayıb.
Newsport.az "The Athletic"ə istinadən xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadıb.
Qeyd edək ki, U.Emeri 2022-ci ildən İngiltərə klubunu çalışdırır. Onun rəhbərliyi altında "Aston Villa" Premyer Liqada 66 xalla 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, U.Emeri ilə "Barselona" və "Bavariya"nın maraqlandığı iddia edilirdi.