İlin idmançısı açıqlandı: Messini qabaqladı

“Laureus World Sports Awards”da ilin idmançısı müəyyənləşib. Newsport.az xəbər verir ki, bu ada tanınmış tennisçi Novak Cokoviç layiq görülüb.
 
Bu mükafat idmançıya 2023-cü ildə əldə etdiyi nailiyyətlərə görə verilib. Cokoviç Avstraliya Açıq, Rolan Qarros və ABŞ Açıq turnirlərinin qalibi olub. O, ən çox Böyük Dəbilqə çempionluğu rekordu ilə yadda qalıb.
 
Serbiyalı tennisçi bu mübarizədə futbolçular Lionel Messi, Erlinq Haland, “Formula 1” pilotu Maks Verstappen, atletiklər Noa Layls və Armand Duplantisi qabaqlayıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right