Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında

"Çelsi"nin keçmiş müdafiəçisi Con Terri və "Mançester Yunayted"in sabiq hücumçusu Endi Koul İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil ediliblər.

Newsport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Xatırladaq ki, 2024-cü ildə İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil olan ilk oyunçu “Arsenal”ın və “Çelsi”nin keçmiş müdafiəçisi Eşli Koul olub. Con Terri 1998-2017-ci illərdə bu klubda oynayıb.

Daha çox "Mançester Yunayted"dəki oyunu ilə parlayan Endi Koul (1995-2001-ci illər) isə "Mançester Siti", "Nyukasl", "Blekbern" və bir sıra digər İngiltərə komandalarında da çıxış edib.

Qeyd edək ki, Premyer Liqanın Şöhrət Zalına üzvlük İngiltərə çempionatının keçmiş oyunçularına verilən ən yüksək fərdi mükafat hesab olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right