“Çelsi”nin braziliyalı müdafiəçisi “Fluminense”yə dönə bilər

İngiltərənin “Çelsi” klubunun braziliyalı müdafiəçisi Tiaqu Silva “Fluminense”yə dönə bilər.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı oyunçunun London klubu ilə müqavilə müddəti iyunda başa çatacaq.

Bildirilib ki, o, 2006-2009-cu illərdə çıxış etdiyi sabiq klubuna azad agent kimi transfer olunacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündən “Çelsi”də çıxış edən Tiaqu Silva 149 oyunda meydana çıxıb və 9 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right