Futbolçunu öpən sabiq federasiya prezidentinin şikayəti rədd edildi

İspaniya Milli Məhkəməsi İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialesin apellyasiya şikayətini rədd edib.

Newsport.az xəbər verir ki, İspaniyanın qadınlardan ibarə millisinin DÇ-2023-ün finalında İngiltərəni məğlub etdiyi oyundan sonra Luis Rubiales mükafatlandırma mərasimində futbolçu Cennifer Hermosonu öpüb. Nəticədə FİFA Rubialesi üç il müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırıb.

Daha sonra İspaniya prokurorluğu korrupsiya istintaqı ilə bağlı işə görə Rubialesin həbsinə order verib. Təşkilat funksionerin Cennifer Hermosonu dodağından öpdüyü üçün də iki il yarım həbs istəyib.

İspaniya məhkəməsi isə Rubialesin işə yenidən baxılması ilə bağlı appeliyasiya müraciətini rədd edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right