"Bu, futbol dünyası üçün ayıbdır” Ter Ştegen

“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen La Liqanın 32-ci turunda “Real”la oyunda (2:3) avtomatik qol aşkarlama sisteminin olmamasından şikayətlənib.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, almaniyalı qolkiper bu durumun futbol dünyası üçün ayıb olduğunu bildirib:

“Bu, futbol dünyası üçün ayıbdır. Niyə hədəf aşkarlama sistemi yoxdur? Bu sənayedə kifayət qədər pul var, amma görünür, ən vacib şeylər üçün deyil. Bu, sadəcə olaraq, ayıbdır”.

Xatırladaq ki, “Real”ın qapıçısı Andrey Lunin matçın 28-ci dəqiqəsində “Barselona”nın oyunçusu Lamin Yamalın vuruşundan sonra topu qapı xəttindən uzaqlaşdırıb. VAR bir neçə kameradan epizodu qiymətləndirib və ql olmadığına qərar verilib. Bu epizod böyük müzakirələrə səbəb olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right