"Bavariya" Kloppu gözləyəcək

"Bavariya" mövsümün sonunda komandadan ayrılacaq Tomas Tuhelin yerinə Yurgen Kloppu gətirmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Focus" məlumat yayıv.

Daha əvvəl Münhen təmsilçisinin baş məşqçisi vəzifəsinə əsas namizəd kimi Almaniya millisinin çalışdırıcısı Yulian Naqelsmann göstərilirdi. Lakin Almaniya Futbol Federasiyası mütəxəssislə müqaviləni yenilədiyi üçün Bavariya" yeni baş məşqçi axtarışına başladı.

"Bavariya" bu vəzifədə hazırda "Liverpul"a baş məşqçilik edən Yurgen Kloppu görmək istəyir. Almaniyalı mütəxəssis daha əvvəl cari mövsümün sonunda İngiltərə təmsilçisindən ayrılacağını açıqlamışdı. Lakin o, məşqçiliyə 1 illik ara vermək istəyir. "Bavariya" isə Kloppu gözləməyə hazırdır. Klub Kloppa görə Hans Diter Fliki müvəqqəti - 2025-ci ilin yayınadək baş məşqçi təyin etməyi nəzərdən keçirir. 

Qeyd edək ki, "Bavariya" hazırda Bundesliqanın turnir cədvəlində 66 xalla 2-cidir. "Bayer" artıq yarışda çempionluğu rəsmiləşdirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right