Millimizin üzvü Arda Turanın komandasına qarşı oynadı, komandası xal qazandı

Türkiyə 1-ci liqasında 31-ci turun matçları keçirilir.

Newsport.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor" klubu ilə qarşılaşıb.

İsgəndərlinin komandası liqanın çempionu ilə səfərdə 0:0 oynayıb. Millimizin üzvü matçın 70-ci dəqiqəsində meydana çıxıb. 

"Boluspor" 44 xalla 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right