Super Liqanı tərk edən ilk komanda bəlli oldu

Türkiyə Super Liqasını tərk edən ilk komanda müəyyənləşib.

Newsport.az xəbər verir ki, mövsümün bitməsinə 5 tur qalmış "İstanbulspor"un elitanı düşəcəyi dəqiqləşib.

İstanbul təmsilçisi 33-cü turda öz meydanında "Fatih Karagümrük"ə 1:2 hesabı ilə məğlub olub. "Sarı-qaralar" 16-cı pillədə qərarlaşan rəqibindən 17 xal geri qalır.

"İstanbulspor" növbəti mövsümdə Türkiyə I Liqasında mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right