"Mançester Yunayted" Fransa millisinin üzvünü transfer etmək istəyir

"Mançester Yunayted" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nitsa"da çıxış edən Jan-Kler Tobidonu transfer etmək istəyir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" fransalı mərkəz müdafiəçisi üçün yayda onun klubu ilə danışıqlara başlayacaq.

"Mançester Yunayted"in bu transferdə əsas rəqibi "Atletiko"dur. Fransa klubu futbolçusunu 50 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Nitsa" Jan-Kler Tobidonu 2021-ci ilin yayında "Barselona"dan transfer edib. Fransa millisinin üzvü olan 24 yaşlı arxa xətt oyunçusu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right