“O, dünyanın ən yaxşı məşqçisidi”

Fabio Kapello Karlo Ançelottini dünyanın ən yaxşı məşqçisi adlandırıb. Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis həmyerlisinin istənilən komandada uğur qazanmaq bacarığına malik olduğunu bildirib.

“Karlo Ançelotti dünyanın ən yaxşı məşqçisidi. Nəticələr bunu göstərir. Hansı futbolçuların olmasından asılı olaraq, Ançelottinin komandası fərqli oyun göstərir. Karlo həmişə komandasının yaxşılaşmasına kömək edir. Onun paltardəyişmə otağında gücü və səlahiyyəti var”, - deyə Kapello bildirib.

Qeyd edək ki, Karlo Ançelottinin rəhbərlik etdiyi “Real” hazırda İspaniya La Liqasına başçılıq edir, Çempionlar Liqasının isə yarımfinalında mübarizəni davam etdirir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right