"Roma"nın Lukaku qərarı

"Roma" bu mövsüm icarəyə götürdüyü hücumçu Romelu Lukakunun gələcəyi ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Futbolçu müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacaq. "Roma" “Çelsi”nin tələb etdiyi 43 milyon avronu ödəməkdən imtina edib. Ona görə də Lukaku London klubuna qayıdacaq.

Bildirilir ki, forvardla Səudiyyə Ərəbistanının bir sıra klubları maraqlanır.

Qeyd edək ki, bu mövsüm İtaliya çempionatında Lukaku 10 qol vurub və 3 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right