Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb

UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb.

Newsport.az xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Yen Maatsenin 1/4 final mərhələsində İspaniya “Atletiko”su ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.

22 yaşlı niderlandlı oyunçu komanda yoldaşı Niklas Fyullkruq, həmçinin Vitinya (PSJ, Fransa) və Coşua Kimmixlə (“Bavariya”, Almaniya) mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, “Atletiko” üzərində cavab görüşündə 4:2 hesablı qələbə qazanan “Borussiya” yarımfinala yüksəlib. Komandalar arasında Madriddəki ilk qarşılaşmada İspaniya təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. “Borussiya”nın yarımfinaldakı rəqibi Fransa çempionu PSJ olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right