Xabi Alonso "Bayer"dən narazıdır

"Bayer"in baş məşqçisi Xabi Alonso komandasının Avropa Liqasının 1/4 final mərhələsinin "Vest Hem"lə cavab oyunundakı (1:1) çıxışından narazı qalıb.

Newsport.az xəbər verir ki, Leverkuzen təmsilçisi iki görüşün cəmində (3:1) yarımfinala adlasa da, "Bayer"in oyunu Alonsonu qane etməyib: 

“Vest Hem"ə çox güclü təzyiq göstərmək istəyirdik. Rahat oynamadıq, öz oyunumuzu tapa bilmədik. Düzünü desəm, ilk hissədə rəqib daha yaxşı idi. Özümüzü narahat hiss edirdik. İkinci və ya üçüncü qolu buraxmamağımız çox vacib idi. Etiraf etməliyik ki, ingilislər bizdən daha yaxşı oynadılar. Xoşbəxtlikdən, fasilədə gedişatı dəyişdik. Yolumuza davam etdiyimiz üçün xoşbəxtəm. Avropa Liqasında həmişə belə çətin anlar olur”.

Qeyd edək ki, "Bayer"in Avroliqanın yarımfinalındakı rəqibi "Roma"dır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right