İtaliyanın 5 klubu Çempionlar Liqasında çıxış edəcək

İtaliyanın 5 klubunun 2024-25 mövsümündə Çempionlar Liqasında çıxış edəcəyi rəsmiləşib. Newsport.az xəbər verir ki, “Roma” və “Atalanta”nın Avropa Liqasındakı uğurlu çıxışı buna yol açıb.

İtaliya çempionatı bununla UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı iki liqası sırasında yer almağı təmin edib. Cari mövsüm A Seriyasında ilk 5 yeri tutacaq komanda növbəti mövsümə ÇL-də başlayacaq.

İtalyanların qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi 6-ya da yüksələ bilər. Bu isə bir halda reallaşa bilər. Belə ki, “Roma” və ya “Atalanta” Avropa Liqasını qazansa, eyni zamanda A Seriyasında ilk “5-lik”dən kənarda qalsa, ölkənin ÇL-dəki iştirakçısı 6 olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right