Çempionlar Liqasında qol rekordu

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində yeni qol rekordu qeydə alınıb. Newsport.az xəbər verir ki, bu, raundun cavab oyunları çərçivəsində keçirilən görüşlərdə vurulan toplardan sonra baş verib.

Dünən “Bavariya” – “Arsenal” (1:0) matçında 1, “Mançester Siti” – “Real” qarşılaşmasında (1:1) isə 2 qol qeydə alınıb. Bununla 1/4 finalda ümumi qol sayı 32-yə çatıb. Buna qədər rekord 2003-04 mövsümünə məxsus olub. Həmin vaxt yarımfinal yolunda baş tutan oyunlarda komandalar ümumilikdə 30 dəfə fərqlənmişdilər.

Qeyd edək ki, yarımfinal mərhələsində PSJ Dortmund “Borussiya”sı ilə, “Bavariya” isə “Real”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right