"Beşiktaş" "Yuventus"un futbolçusu ilə danışıqlara başladı

Filip Kostiç mövsümün sonunda "Yuventus"dan ayrılmaq istəyir.

Newsport.az xəbər verir ki, serbiyalı futbolçu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

"Beşiktaş" 31 yaşlı vingeri transfer etməyə çalışır. İstanbul təmsilçisinin rəsmiləri Kostiçlə danışıqlara başlayıb. Təcrübəli oyunçu Türkiyədə oynamağa isti yanaşır.

Qeyd edək ki, Filip Kostiç bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 29 rəsmi matşda 4 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right