"Atletiko" 19 ildən sonra antirekordunu təkrarlayıb

İspaniyanın "Atletiko" klubu 19 ildən sonra antirekordunu təkrarlayıb.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi bütün turnirlərdə son 11 matçın hər birində qol buraxıb.

Komanda son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında Almaniyada Dortmund "Borussiya"sına uduzub - 2:4.

"Atletiko" sonuncu dəfə 2005-ci ildə 11 qarşılaşmada qapısında top görüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right