"Liverpul" bu müdafiəçi üçün 40 milyon funt-sterlinq ödəməyə hazırdı

"Liverpul" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sportinq"də çıxış edən Qonçalo İnasionu transfer etməyə çalışır. Bu barədə "Football Insider" məlumat yayıb.

Xəbərdə "Liverpul"un 22 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon funt-sterlinq ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Qonçalo İnasio "Sportinq"in yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right