“Yuventus” türkiyəli futbolçu ilə bağlı qərarını verdi

“Yuventus”un yarımmüdafiəçisi Kənan Yıldızın durumuna aydınlıq gəlib. Newsport.az xəbər verir ki, Türkiyə millisinin üzvü İtaliya klubu ilə müqaviləsini yeniləyəcək.

Yeni anlaşmaya əsasən, 18 yaşlı oyunçunun sözləşməsi 2028-ci ilin yayına kimi olacaq. Tərəflər bütün detalları razılaşdırıblar və bunu tezliklə rəsmiləşdirəcəklər.

Qeyd edək ki, Kənan Yıldız “Yuventus”a 2022-ci ilin yayında “Bavariya”dan keçib. O, cari mövsüm A seriyasında keçirdiyi 22 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right