Levandovski Ginnesin Rekordlar Kitabına düşəcək

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski Ginnesin Rekordlar Kitabının növbəti nəşrinə düşəcək.

Newsport.az-ın məlumatına görə, polşalı hücumçu buna Bundesliqanın VII turunda "Volfsburq"la oyunda nail olub.

27 yaşlı forvard "Allianz Arena"da baş tutmuş qarşılaşmanın 46-cı dəqiqəsində meydana daxil olub. O, 51-ci dəqiqədən başlayaraq 9 dəqiqə ərzində 5 qol vurub. Levandovski meydana daxil olarkən komandası 0:1 hesabı ilə geridə olub.

Bu nəticə ilə təcrübəli hücumçu dünya futbolu tarixində ən qısa vaxtda het-trik, poker və penta-trik edən futbolçu adına sahib çıxıb.

Qeyd edək ki, "Bavariya" - "Volfsburq" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right