Xavi: Üç ay əvvəl vəziyyət belə deyildi

“Barselona”nın baş məşqçisi Xavi Ernandes son vaxtlar ictimaiyyətin ona münasibətinin dəyişdiyini bildirib. Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis son vaxtlar hər kəsin onunla maraqlandığını söyləyib.

Xavi bu marağın baş məşqçi postundan ayrılacağını açıqladıqdan sonra yarandığını etiraf edib: “İndi bir çox insan mənim haqqımda soruşur. Üç ay əvvəl vəziyyət belə deyildi. Ancaq hazırda əsas məsələ mən deyiləm, diqqətimizi kluba yönəldək”.

Qeyd edək ki, Xavi mövsüm başa çatdıqdan sonra “Barselona”dan ayrılacağını bu ilin yanvarında açıqlayıb. Həmin vaxtdan bəri isə kataloniya klubu məğlub olmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right