“Mançester Siti”yə ağır zərbə: əsas forvard 6 həftə olmayacaq FOTO

"Mançester Siti”nin hücumçusu Serxio Aquero zədələnib.

Newsport.az-ın məlumatına görə, Argentina millisinin heyətində Ekvadorla matçda dizindən xəsarət alan hücumçu uzun müddətə sıradan çıxıb. 
 
27 yaşlı forvard ötən həftə Dünya Çempionatı-2018-in seçmə oyununda zədələnib. Tibbi müayinədən sonra onun təxminən ay yarımlıq sıradan çıxdığı müəyyənləşib. Futbolçu özü noyabrın 13-də Braziliyaya qarşı keçiriləcək növbəti seçmə oyuna hazır olacağına ümid etdiyini desə də, həkimlər riskə yol verməyəcəklərini deyib. 
 
Dizaltı vətərlərindən zədələnən Auqero MS-nin azı növbəti 7 oyununda forma geyə bilməyəcək. Bu müddətdə "şəhərlilər” Premyer Liqada "Bornmut”, "Norviç”, "Aston Villa” və "Mançester Yunayted”, Liqa Kubokunda "Kristal Pelas”, Çempionlar Liqasında isə "Sevilya” ilə 2 dəfə qarşılaşacaq.
 
Qeyd edək ki, "Mançester Siti”nin başqa bir əsas futbolçusu – ispan yarımmüdafiəçi David Silva da Lüksemburq ilə oyunda topuğundan xəsarət alıb. İlkin proqnozlara görə o da 1 aya yaxın oynaya bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right