Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Vüsal İsgəndərlinin komandası – “Boluspor” bu turda doğma meydanda Coşqun Diniyevli “Ümraniyəspor”u qəbul edib və 1:0 hesabıyla qalib gəlib.

Azərbaycanlı futbolçular start heyətdə meydana çıxıblar. Vüsal 59-cu, Coşqun 90+1-ci dəqiqədə əvəzlənib. İsgəndərli bu görüşün 22-ci dəqiqəsində sarı vərəqə də alıb.

30 turdan sonra 46 xalı olan “Boluspor” 7-ci, 34 xalda qalan “Ümraniyəspor” 12-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right