"Trabzonspor" doğma meydanda uduzdu

Türkiyə Super Liqasında 32-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, açılış matçında "Trabzonspor" doğma meydanda "Sivasspor"u qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 47-yə yüksəldən "Sivasspor" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 52 xalı olan "Trabzonspor" isə 3-cü yerdədir.

"Trabzonspor" - "Sivasspor" 0:1
Qol:
 Kuinsi Meniq, 52

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right