"Arsenal" braziliyalı üçün hərəkətə keçdi, "Mançester Yunayted" rəqib oldu

"Arsenal" "Vulverhempton"un futbolçusu Juan Qomeş üçün hərəkətə keçib.

Newsport.az-ın məlumatına görə, "Mançester Yunayted"in də istədiyi portuqaliyalı London klubuna keçməyə müsbət yanaşıb.

"Vulverhempton" Juan üçün "topçular"dan 28 milyon avro tələb edir. "Arsenal" məbləğin yüksək olduğunu əsas gətirib, "Mançester Yunayted" isə 30 milyon da ödəməyə razıdır.

23 yaşlı portuqaliyalı 2023-cü ilin yanvarında 18,7 milyon avro qarşılığında "Flamenqo"dan "Vulverhempton”a transfer olub. 

O, İngiltərə Premyer Liqasının cari mövsümündə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right