Qazaxıstan çempionu "Neftçi"nin legionerini heyətinə qatmaq istəyir

"Neftçi"nin futbolçusu Kilan Lebonun komandada qalıb-qalmayacağı dəqiq deyil.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın aparıcı futbolçusunun xidmətində maraqlı olan klublar var.

Onlar arasında Qazaxıstan təmsilçilərinin olduğu da qeyd edilir.

Azərbaycana məhz "Astana"dan gələn Lebon indi də bu ölkənin 2 klubunun maraq dairəsindədir.

Onlardan biri “Ordabası”dır. Şimkent təmsilçisi yayda Lebonu heyətinə qatmağı planlaşdırır. Komandanın baş məşqçisi Aleksandr Sednyovun Kilanı şəxsən sərəncamında görmək istədiyi iddia olunur. Qeyd edək ki, “Ordabası” son mövsümün çempionudur. Sen-Marten millisinin üzvü “Şambli”, “Qazelek”, “Kretey”, “Beroe” klubları ilə yanaşı “Astana”da da oynayıb. O, 2023-cü il yanvar ayında “Neftçi”yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right