"Beşiktaş" "Bayer"in forvardını icarəyə götürməyi planlaşdırır

"Beşiktaş" "Bayer"in hücumçusu Patrik Şiki icarəyə götürməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi artıq Leverkuzen təmsilçisi ilə danışıqlara başlayıb və forvardı icarəyə götürməyi planlaşdırır.

Türkiyə klubu "Bayer"ə bir mövsümlük icarə təklifi göndərib. 

Çexiyalı hücumçu Bundesliqada 14 oyun keçirib və 5 qol vurub.

28 yaşlı futbolçunun Avropa Liqasında isə 5 oyuna 5 qolu var. Patrik 2020-ci ildə “Roma”dan “Bayer”ə keçib. Onun Almaniya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Şik “Sparta”, “Bohemians”, “Sampdoriya”, Leyptsiq”də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right