"Liverpul"un müdafiəçisi "Fənərbaxça"ya keçə bilər

"Fənərbaxça"nın "Atletiko"dan icarəyə götürdüyü Çağlar Söyüncü yayda İspaniya klubuna qayıdacaq. İstanbul təmsilçisi Leonardo Bonuççi ilə isə yollarını ayıracaq.

Newsport.az-ın məlumatına görə, Türkiyə klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək. "Fənərbaxça"nın gündəmində olan oyunçu "Liverpul"da çıxış edən Joel Matipdir.

Super Liqa təmsilçisi yayda İngiltərə klubu ilə müqaviləsi başa çatan 32 yaşlı mərkəz müdafiəçisini azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, "Liverpul" Joel Matipi 2016-cı ilin yayında "Şalke"dən transfer edib. Kamerunlu futbolçu bu mövsüm komandanın heyətində 14 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right