"Qalatasaray"ın müdafiəçisinə Premyer Liqadan təklif

"Qalatasaray"ın müdafiəçisi Emin Bayram karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, icarə əsasında "Vesterlo"da çıxış edən 21 yaşlı futbolçunun xidmətində "Brayton" maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Roberto De Zerbi gənc mərkəz müdafiəçisini komandasında görmək istəyir. Lakin "Qalatasaray" türk oyunçunu satmağı düşünmür. Okan Buruk onu növbəti mövsüm heyətdə planlaşdırır.

Qeyd edək ki, Emin Bayram mövsümün əvvəlində "Vesterlo"ya keçib. Gənc futbolçu Belçika təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Qalatasaray"la sözləşməsi 2026-cı ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right