PSJ ulduz futbolçunun keçidini yekunlaşdırır

PSJ yayda hücum xəttini yeni futbolçu ilə gücləndirəcək.

Newsport.az xəbər verir ki, Paris təmsilçisi "Napoli"nin forvardı Viktor Osimhenin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

PSJ-nin nigeriyalı hücumçunun keçidi ilə bağlı İtaliya klubu ilə 120 milyon avroya razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, "Napoli" Viktor Osimheni 2020-ci ilin yayında "Lill"dən transfer edib. 25 yaşlı futbolçu bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right