Xames Rodriges üçün İspaniyada 2 variant

“San Paulo”nun yarımmüdafiəçisi Xames Rodriges İspaniya çempionatına qayıtmaq istəyir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun karyerasını davam etdirmək üçün iki variantı var. Rodriges ya “Sevilya”ya, ya da “Valensiya”ya keçə bilər.

32 yaşlı yarımmüdafiəçi 2014-2019-cu illərdə “Real”da çıxış edib.

Rodrigesin “San Paulo” ilə müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatacaq. O, Braziliya çempionatının cari mövsümündə 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right