Modriç Arda Turanın komandasına keçə bilər

"Real"ın futbolçusu Luka Modriç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, I Liqada mübarizə aparan və Super Liqaya vəsiqəni təmin etmiş "Eyüpspor" 38 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.

İstanbul təmsilçisinin prezidenti Murat Özkaya xorvatiyalı ulduzun pərəstişkarıdır. O, Modriçi komandasında görməyi çox istəyir. Komandanın baş məşqçisi Arda Turan da təcrübəli oyunçunun transferinə isti yanaşır.

Qeyd edək ki, Luka Modriç bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi yayda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right