Ramil Şeydayevin komandasına ağır cəza verildi

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"a ağır cəza verib.

Newsport.az-ın məlumatına görə, I Liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Bundan əlavə klub 112 min TL məbəğində cərimələnib.

"Kocaelsipor"un cəzaya məruz qalmasının səbəbi "Göztepe" ilə matçda azarkeşlərin davranışları olub.

Qeyd edək ki, "Kocaelispor" I Liqada 29 turdan sonra 49 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right