"Arsenal" danimarkalı qapıçını transfer edəcək

"Arsenal" Danimarkanın U-21 yığma komandasının qapıçısı ilə müqavilə imzalaya bilər.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, London təmsilçisi 17 yaşlı qapıçısı Lukas Martini heyətinə qatmağı planlaşdırır. 

Futbolçu bu yaxınlarda “topçular”ın düşərgəsində baxışda olub. Danimarkalı bundan əvvəl PSJ-nin də düşərgəsində olmağı bacarıb.

"Nordşelland"dən ayrılan danimarkalının "Arsenal"la uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right