"Liverpul" məşqçi ilə razılaşdı

"Liverpul" "Sportinq"in baş məşqçisi Ruben Amorimlə kluba mümkün təyinatla bağlı razılığa gəlib.

Newsport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. "Mersisaydlılar" 39 yaşlı portuqaliyalı mütəxəssislə şifahi razılığa gəliblər.

Amorim 2020-ci ildən "Sportinq"ə rəhbərlik edir. Onun rəhbərliyi altında Lissabon komandası Portuqaliya çempionu olub və iki dəfə Portuqaliya Liqa Kubokunu qazanıb.

Bu ilin yanvarında "Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right