"İnter" unikal rekorda imza atıb

"İnter" İtaliya A Seriyasında unikal rekorda imza atıb.

Newsport.az xəbər verir ki, Milan təmsilçisi buna "Udineze"yə 2:1 hesabı ilə qalib gəldiyi XXXI turun matçında nail olub.

"İnter" çempionat tarixində 1-ci turdan 31-ci turadək hər qarşılaşmada qol vuran ilk komandadır.

Qeyd edək ki, Simone İnzaqinin baş məşqçisi olduğu kollektiv 82 xalla liderdir. Klub ən yaxın izləyicisi "Milan"ı 14 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right