Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsi start götürür. Newsport.az xəbər verir ki, birinci gündə iki oyun keçiriləcək.
Favoritlər “Real” və “Mançester Siti” Madriddə qarşılaşacaq. Bir tərəfdə son çempion olan İngiltərə təmsilçisi, digər tərəfdə isə turnirin ən titullu komandası “kral klubu” olacaq.
Digər görüşdə “Arsenal” Londonda “Bavariya”nı qəbul edəcək.
Bu cütlərdə cavab oyunları aprelin 17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel
23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Fransois Letexye (Fransa)
Madrid, “Santyaqo Bernabeu” stadionu
23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim: Qlenn Nuberq (İsveç)
London, “Arsenal” stadionu