İkardi “Qalatasaray"ın tarixinə düşdü

Mauro İkardi “Qalatasaray"ın tarixinə düşüb. Newsport.az xəbər verir ki, argentinalı hücumçu Türkiyə Superkubokunda “Fənərbaxça” ilə oyunda bunu bacarıb.

Ulduz futbolçu Şanlıurfadakı qarşılaşmanın 50-ci saniyəsində fərqlənib. Bununla İkardi əzəli rəqiblə duellərdə ən erkən qolun müəllifi olub. Ona qədər rekord 1984-cü ildə Mirza Seydiçin “Fənərbaxça” ilə qarşılaşmanın 55-ci saniyəsindəki vurduğu qol idi.

Qeyd edək ki, “Fənərbaxça” dünənki matçın 3-cü dəqiqəsində meydanı tərk edib və oyun yarımçıq dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right