"Bütün dünyanın qarşısında biabır olduq" Dursun Özbek

"Qalatasaray"ın prezidenti Dursun Özbek "Fənərbaxça" ilə qalmaqallı Türkiyə Superkuboku oyunu haqda danışıb.

Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, "Fənərbaxça" sözügedən matça U-19 komandası ilı çıxıb. Matçın ilk dəqiqəsində "Qalatasaray"ın futbolçusu Mauro İkardi hesabı açıb. Daha sonra "Fənərbaxça" oyunu boykot edib və meydandan çıxıb. "Fənərbaxça"ya texniki məğlubiyyət verilib, "Qalatasaray" isə Türkiyə Superkubokunun qalibi olub.

D.Özbek bu haqda açıqlamasında bildirib: “Belə bir vəziyyət gözləmirdim. Biz absurdluqla üz-üzəyik. Çox şey dedilər. Bu, çılğınlıqdır. Urfa kimi gözəl şəhərdə bu derbini izləməkdən həzz almaq istəsək də, gözləmədiyimiz bir şeylə qarşılaşdıq.

Superkubok oyununu cəmi bir dəqiqəyə tamamladılar. Biz bütün dünyanın qarşısında biabır olduq. “Qalatasaray” və “Fənərbaxça”nın missiyası insanlara futbolu sevdirməkdir. U-19 komandasının uşaqlarına yazığınız gəlmir? Bu, ayıb deyilmi?".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right