Super Liqaya ilk vəsiqənin sahibi müəyyənləşdi

Türkiyə Super Liqasına vəsiqə qazanmış ilk komanda bəlli olub.

Newsport.az xəbər verir ki, Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor” Super Liqaya vəsiqə qazanıb.

Adıçəkilən komandanın 1-ci Liqada sona 5 tur qalmış mövsümü ilk iki pillədə başa vuracağı rəsmiləşib.

“Eyüpspor” 29-cu turda öz meydanında “Altay” üzərində 4:1 hesablı qələbə qazanıb. 67 xalla turnir cədvəlinə başçılıq edən komandanı 56 xalla “Göztəpə” və 50 xalla “Sakaryaspor” izləyirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right