Türkiyə millisinin üzvü "Seltik"ə keçə bilər

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını Şotlandiyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı qolkiperin xidmətində "Seltik" maraqlıdır. Bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.

Premyer Liqa klubu türk futbolçunun menecerini transfer danışıqları üçün Qlazqoya dəvət edib. "Seltik" Uğurcan üçün Türkiyə klubuna 7,5 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Uğurcan Çakır "Trabzonspor"un yetirməsidir. O, cari mövsümdə komandanın heyətində 33 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right