"Fənərbaxça" ulduz futbolçunu transfer etmək istəyir

"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin transfer siyahısından yer alan hücumçulardan biri Romelu Lukakudur. Bu barədə yerli media məlumat yayıb.

"Fənərbaxça" belçikalı forvardı icarəyə götürmək və ya trabsfer etmək variantarını nəzərdən keçirir. Türkiyə klubu 30 yaşlı forvard üçün "Çelsi" ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Çelsi" Romelu Lukakunu mövsümün əvvəlində "Roma"ya icarəyə verib. Belçika millisinin üzvü İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right