“Messi açıq-aşkar Ronaldonu qabaqlayır” “Çelsi”nin futbolçusu

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer Lionel Messi və Kriştiano Ronaldo arasında seçim edib.

Newsport.az-ın məlumatına görə, ingiltərəli futbolçu, argentinalı forvardın aşkar şəkildə Ronaldonu qabaqladığını bildirib:

“Messi, yoxsa Ronaldo? Aydındır ki, Messi. Oyun tərzini və qazandığı bütün fərdi mükafatları nəzərə alsaq, Messi. O, sadəcə olaraq bütün zamanların ən yaxşı oyunçusudur. Messi açıq-aşkar Ronaldonu qabaqlayır. Lakin Kriştiano da ən böyüklər siyahısındadır”.

Palmer “Mançester Siti”nin yetirməsidir. Yarımmüdafiəçi ötən ilin yay transfer pəncərəsinin son günündə 47 milyon avroya “Çelsi”yə keçib.

O, bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 21 qol vurub, 12 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2030-cu ilin iyunun sonuna kimi qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right