40 il sonra yenidən kuboka sahib çıxdılar

“Atletik” Kral kubokunun finalında “Malyorka”nı məğlub edib.

Newsport.az-ın məlumatına görə, qalib penaltilər seriyasında müəyyənləşib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Atletik” 4:2 hesabı ilə qalib gəlib.

“Atletik” tarixində 24-cü dəfə Kral kubokunu qazanıb. Komanda sonuncu dəfə mükafatı 40 il əvvəl – 1983/84 mövsümündə alıb. Komanda qələbə sayına görə yalnız “Barselona”dan (31) geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right