İngiltərə klubu “Barselona”nın müdafiəçisini izləyir

“Arsenal” yay transfer pəncərəsi zamanı heyətini gücləndirmək variantlarını araşdırır.

Newsport.az-ın məlumatına görə, London klubu “Barselona”nın gənc müdafiəçisi Mikail Faye üçün danışıqlar apara bilər.

“Arsenal” 19 yaşlı seneqallı futbolçunu fəal şəkildə izləyir. Faye mart ayında Seneqal millisində debüt edib.

“Barselona”ya gəlincə, futbolçu hələ əsas komandada oynamayıb. Faye ötən yay “Barsa”nın ehtiyat komandasına qoşulub. Avropanın bir neçə top klubu müdafiəçi ilə maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right