“Biz bu gün çox yaxşı oynadıq. Üstünlük tam bizim tərəfimizdə idi. Stadiona gələn azsaylı azarkeşləri təbrik edirəm”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev “Avro-2016”nın seçmə mərhələsində yığmamızla oyundan (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
- Görüş barədə nə deyəcəksiz?
- Düşünürəm ki, yaxşı oynadıq. Bütün oyunu da biz diqtə etdik. Biz ilk hissədə qol vura bildik. Bu da qələbədə rol oynadı. Baxmayaraq ki, azarkeş az idi. Gələnlərə təşəkkür edirəm.
- Seçmə mərhələdən sonra özünüzü necə hiss edirsiz?
- Millinin baş məşqçisi təyin olunanda istəyirdim ki, qrupda üçüncü olub gedək “pley-off”a. Ancaq bunu edə bilmədik. Gələcəyə baxacağıq.
- Oyun boş tribunalar önündə oynanıldı. Bu sizə nə deyir?
- Yəqin ki, evdə Norveçə qalib gələ bilmədik. Bu da məsələdə byük rol oynaya bilər. Bizi dəstəkləməyə gələnləri isə təbrik edirəm.
- Bu komandanın qarşıdakı tsikldə yaxşı çıxış edə biləcəyinə inanırsız? Potensial görürsüz?
- Əlbəttə, potensial böyükdü. Bu tsikldə bundan yaxşı oynaya bilərdik. Əsas odu millinin oyunçuları öz klublarında oynasınlar. Oyun prakikası olanda, futbolçu da özünə inanır.
- Bundan sonra millidə işləməyə motivasiyanız var?
- Bəli, mənim xarakterim belədi ki, hər zaman önümə baxıram. Millidə də işimə davam edə bilərəm.