"Qalatasaray"ın hücumçusu İtaliyaya qayıda bilər

"Qalatasaray"ın hücumçusu Mauro İkardi yenidən İtaliyada çıxış edə bilər.

Newsport.az-ın məlumatına görə, argentinalının xidmətində "Yuventus" maraqlıdır.

Turin klubunun rəhbərliyi İkardi üçün "Qalatasaray"la danışıqlara başlamağı planlaşdırır.

31 yaşlı hücumçu bu mövsüm 39 matça çıxıb, 24 qol vurub və 11 asist edib. Mauronun İstanbul nəhəngi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

O, İtaliyada əvvəllər "Sampdoriya" və "İnter" klublarının formasını geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right